
Çərçivəsiz ekrana sahib iPhone modelini yaxın zamanda gözləmək lazım deyil
Cihazlar+
25.12.2024
Emil
Daha öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti 2026-cı ilə kimi tam çərçivəsiz iPhone-nu təqdim etməyi planlaşdırır. Lakin ortaya çıxmış yeni məlumata əsasən Apple çox güman ki, 2026-cı ilə kimi bunu reallaşdıra bilməyəcək. Məlumatda qeyd edilib ki, şirkət Samsung Display və LG Display ilə birgə əməkdaşlıq çərçivəsində yeni növ ekran texnologiyasının hazırlanması prosesində texniki problemlər ilə qarşılaşır. Güman olunur ki, bu layihə üzərində gedən çalışma prosesləri artıq uzun müddətdir ki, gözlənilən nəticələri sərgiləmir.
Apple öz növbəsində Samsung və Xiaomi şirkətlərinin kənarları əyilmiş dizaynda olan smartfonlardan tamamilə fərqlənəcək çərçivəsiz ekrana sahib iPhone-nu hazırlamaq arzusundadır. Apple şirkətinin əsas məqsədi kənarları əyilmiş dizaynda hazırlanmış ekranlarda təsvirin təhrif olunması probleminin aradan qaldırılmasıdır. Bu problem bir çox müasir smartfonda müşahidə edilir. Buna görə də Apple ekranı kənar hissələrdə elə şəkildə bükməyə çalışır ki, yastı səth olduğu kimi qorunub saxlansın. Apple daha öncə bu cür ekran texnologiyasının iPhone 18 seriyasında istifadə ediləcəyinə ümid edirdi. Lakin görünür, çərçivəsiz ekrana sahib iPhone-nu daha uzun müddət ərzində gözləmək lazım gələcək.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
