CES 2026-da təqdim olunan Neo qulaqcıqları Kickstarter-də satışa çıxır
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, CES sərgisində hər il fərqli və bəzən olduqca qəribə texnologiyalar təqdim olunur. CES 2026 da bu baxımdan istisna olmadı. Tomorrow Doesn’t Matter (TDM) adlı yeni şirkət sərgidə indiyə qədər bənzəri olmayan Neo adlı qulaqcıqları təqdim edib.
Neo qulaqlıqlarının ən fərqli cəhəti onların bükülə bilməsidir. Qulaqlıqlar “kirpi” formasında yığıldıqda adi qulaqcıqdan kompakt Bluetooth kolonkaya çevrilir. Bu funksiya xüsusilə musiqini ətrafdakılarla paylaşmaq istədiyiniz anlar üçün nəzərdə tutulub.
TDM əvvəlcə Neo qulaqcıqlarını bu ay Kickstarter platformasında satışa çıxarmağı planlaşdırsa da, şirkət kampaniyanın 10 fevral 2026-cı il tarixində rəsmi olaraq başlayacağını açıqlayıb. Qulaqlıqların bazar satış qiyməti 249 dollar olacaq, lakin Kickstarter vasitəsilə əvvəlcədən sifariş edənlər üçün qiymət 179 dollar olaraq müəyyən edilib. Neo-nun rəsmi satışının iyul 2026-da başlaması planlaşdırılır.
Paylaş