CES 2026 yaxınlaşır: Samsung, NVIDIA və AMD-dən böyük texnoloji yeniliklər gözlənilir
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, CES 2026 yanvar ayında Las-Veqasda keçiriləcək və texnologiya dünyası üçün ilin əsas start nöqtələrindən biri olacaq. Sərgi rəsmi olaraq 6–9 yanvar tarixlərini əhatə etsə də, əsas diqqət mərkəzi 4–5 yanvarda baş tutacaq təqdimatlar və mətbuat konfranslarıdır. Tədbir Las Vegas Convention Center və şəhərin müxtəlif otellərində keçiriləcək. Bu il Samsung, LG, NVIDIA, Sony, AMD, Intel, Qualcomm və Lenovo kimi nəhənglərin təqdimatları gözlənilir.
Samsung CES-i ənənəvi “First Look” tədbiri ilə açacaq və 2026-cı il üçün süni intellekt əsaslı “Device Experience” strategiyasını təqdim edəcək. LG isə “Affectionate Intelligence” yanaşması ilə AI-ın gündəlik həyata inteqrasiyasını ön plana çıxaracaq. Hər iki şirkət yeni Micro RGB televizor texnologiyalarını nümayiş etdirməyə hazırlaşır.
Prosessor cəbhəsində AMD-nin yeni Ryzen modelləri, Intel-in Core Ultra Series 3 (Panther Lake) çipləri və Qualcomm-un noutbuklar üçün nəzərdə tutulan Snapdragon X2 seriyası diqqət mərkəzində olacaq. NVIDIA-nın CEO-su Jensen Huang isə yanvarın 5-də keçiriləcək əsas çıxışda AI və sənaye həllərinə fokuslanacaq. CES 2026-da televizor texnologiyaları ayrıca önəm daşıyır. Sony “True RGB” adlandırıla biləcək yeni RGB LED panel texnologiyasını nümayiş etdirə bilər. Samsung isə HDR10+ Advanced standartını təqdim edərək Dolby Vision 2-yə alternativ yaratmağı planlaşdırır.
Robot texnologiyaları da sərginin əsas mövzularından olacaq. Ağıllı robot tozsoranlar, ev üçün humanoid robotlar və süni intellektlə məkan anlayışını yaxşılaşdıran “world model” yanaşmaları CES 2026-nın ən çox müzakirə edilən istiqamətləri sırasında yer alacaq.
Paylaş