Logo
    main-post-cover

    CES 2026 yeniliyi: Anker-dən 45W gücündə kompakt səyahət adapteri

    Cihazlar+
    22.01.2026
    Ilhama
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, CES 2026-da təqdim olunan Anker Nano Charger bu dəfə iPhone istifadəçilərinə xüsusi yönəlib və bazardakı adi adapterlərdən bir neçə vacib xüsusiyyəti ilə fərqlənir. GaN texnologiyalı bu yeni model 45W güc dəstəyi, daxili ekran və “care” adlı ağıllı şarj rejimi ilə diqqət çəkir.
    Hand holding a small black Anker wall charger with metal prongs extended, resting against a soft gray fabric background
        Dizayn baxımından cihaz Apple-ın köhnə 25W adapteri qədər kiçikdir və qatlanan ştepsellər sayəsində rahat daşınır. Ştepsellərin həm 90°, həm də 180° bucaq altında açılması isə otel, hava limanı və kafe kimi yerlərdə prizdən asılılığı xeyli azaldır. Şarj cihazı Aurora White, Stone Black, Misty Blue və narıncı rənglərdə mövcuddur. 45W güc sayəsində bu adapter Apple-ın yeni iPhone modellərini cəmi 20 dəqiqəyə 50 faizə qədər doldura bilir. Testlər zamanı bu göstəricinin real olduğu təsdiqlənib. Ekrandakı düymə ilə müxtəlif məlumat rejimləri arasında keçid etmək, temperaturu izləmək və şarj rejimini dəyişmək mümkündür.
        Adapterdə iki əsas rejim var: AutoCare. Auto rejim gündəlik sürətli şarj üçündür. Care rejimi isə gecəboyu və uzunmüddətli şarj zamanı temperaturu prioritet edir. Anker-in iddiasına görə, bu rejimdə həm adapter, həm də telefon standart 45W şarjla müqayisədə daha sərin qalır.
    Paylaş
    Bənzər xəbərlər