Channel Surfer videoları kabel TV kimi izləməyə imkan verir
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, YouTube-u köhnə kabel televiziyası kimi izləmək artıq mümkündür. Londonlu proqramçı Steven Irby yeni veb tətbiq hazırlayıb. Channel Surfer adlı bu tətbiq istifadəçilərə videoları klassik televiziya kanallarını dəyişdirirmiş kimi izləmək imkanı verir.
Yeni platformada istifadəçilər mövzular üzrə bölünmüş müxtəlif kanallar arasında keçid edə və videolara sanki canlı yayım gedirmiş kimi qoşula bilirlər. Tətbiqin interfeysi köhnə televizor proqram bələdçələrini xatırladan retro dizaynla hazırlanıb. Platformada hazırda 40 mövzu əsaslı kanal mövcuddur. Bu kanallar arasında xəbərlər, siyasət, idman və həyat tərzi kimi ümumi mövzularla yanaşı texnologiya və musiqi ilə bağlı kanallar da var. Xüsusilə texnologiya sahəsində AI & ML, Code & Dev, Space, Retro Tech, Tech & Gadgets və Gaming kimi kanallar diqqət çəkir.
İstifadəçi kanalı dəyişdikdə, video həmin anda hansı hissədədirsə, elə oradan izləməyə başlayır. Eyni zamanda proqram bələdçisi yaxın 24 saat üçün hansı videoların hansı saatda yayımlanacağını da göstərir. Bu xüsusiyyət platformaya klassik televiziya hissi verir.
Paylaş
Bənzər xəbərlər