main-post-cover

    ChatGPT-yə qoşula bilən cib robotu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.12.2023
    Farid Pardashunas
         LivingAI adlı şirkət ChatGPT çat-botuna qoşula bilən AIBI adlı cib robotunu təqdim edib. Sözügedən robot ChatGPT-yə qoşularaq istifadəçinin fərdi köməkçisi rolunda çıxış edə bilər. Bu halda robot istifadəçinin suallarına cavab verə, hava proqnozu barəsində məlumatı təqdim edə, zəngli saatı təyin edə və istifadəçi ilə adi dialoqu qura bilər. Robot özündə olan kamera və mikrofonlar vasitəsilə insanları və obyektləri təyin edə bilir və üstəlik səsli əmrlərə reaksiya verir. Bəzən bütün bu proseslər çərçivəsində onun kiçik ekranı üzərində müxtəlif animasiyalar əks olunur. Bir neçə AIBI robotu bir-birinə yaxın olduqları zaman isə onlar öz aralarında əlaqə quraraq məlumatların mübadiləsini reallaşdıra bilərlər. AIBI adlı bu robotun ön sifarişinə start verilib və onun qiyməti 250$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər