main-post-cover

    Çin istehsalı qatlana bilən smartfonlar bazarı ələ keçirirlər

    Cihazlar+
    22.09.2023
    Emil Nəcəfov
        Counterpoint analitik şirkəti qlobal bazarda qatlana bilən smartfonların satışları üzrə statistikanı təqdim edib. Müxtəlif çətinliklərə baxmayaraq qatlana bilən smartfonlar bazarı geridə qalmış rüb üzrə 10%-lik yüksəliş sərgiləyib. Bu bazarın liderləri qismində isə Çindən olan şirkətlər qərarlaşıblar. Verilmiş məlumata əsasən bu ilin ikinci rübündə qatlana bilən smartfonların təchizat həcmi 2.1 milyon cihaz təşkil edib. Bununla belə bu cür smartfonlara ən yüksək istehlakçı tələbatı məhz Çindədir. Qatlana bilən smartfonlar bazarının 58.6% də məhz Çinin üzərinə düşür. Analitiklər bu cür yüksəlişi eksklüziv olaraq Çin bazarı üçün satışa çıxmış bir sıra qatlana bilən smartfonlarla əlaqələndirirlər. Bu cür smartfonlara misal olaraq Huawei Mate X3-ü, vivo X Fold 2-ni və vivo X Flip-i gətirmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər