Logo
    main-post-cover

    Çin yararsız robotlara qarşı hərəkətə keçib!

    Cihazlar+
    01.12.2025
    Sevinc
        Technote.az "Gizmodo" platformasına istinadən bildirir ki, Çində humanoid robotlara həddindən artıq həvəs göstərilməsi hökuməti narahat etməyə başlayıb. Milli İnkişaf və İslahat Komissiyası xəbərdarlıq edib ki, yüzlərlə şirkət eyni tip, real faydası olmayan humanoid robotlar istehsal edir və bu, innovasiya əvəzinə boş qabartma effekti yaradır.
        Hökumət xəbərdarlıq edir ki, şirkətlər robotların yeriməsi, rəqs etməsi və ya şou performansları ilə məşğul olmaq əvəzinə, real sənaye dəyərinə fokuslanmalıdır. Xüsusilə də, Çinin fabriklərində istifadə edilən və dünyada ən böyük robot ordusunu təşkil edən sənaye robotlarının əhəmiyyəti mediada ikinci plana düşməyə başlayıb.
        Bu trendin Çində alovlanması 2025 Bahar Festivalında Unitree robotlarının böyük maraq doğuran rəqs performansı ilə başlayıb. Ancaq dövlət qurumları bunun velosiped paylaşımı böhranı kimi bir iqtisadi balona çevrilə biləcəyindən ehtiyatlanır. Hökumət həm sektorun araşdırma və inkişafını genişləndirəcəyini, robotların test və təlim infrastrukturu yaradacağını, həm də robot sahəsinə giriş-çıxış üçün rəsmi qaydalar tətbiq edəcəyini açıqlayıb. Məqsəd isə bazarı keyfiyyətsiz, yaradıcı olmayan humanoid robotlardan təmizləməkdir.
    Paylaş