Logo
    main-post-cover

    Çindən olan 2 həvəskar şəxs fərdi şəkildə qatlana bilən iPhone hazırlayıb (VİDEO)

    Cihazlar+
    08.11.2022
    Emil
        Çindən olan 2 həvəskar şəxs fərdi şəkildə qatlana bilən iPhone hazırlayıb. İşin maraqlı tərəfi ondan ibarətdir ki, onların bu ideyası reallığa çevrilib. Məlumata əsasən qatlana bilən iPhone-nun hazırlanma prosesi zamanı ən çətin mərhələ düzgün ekranın tapılmasında olub. Sözügedən qatlana bilən smartfonu hazırlanmış çinli şəxslərin sözlərinə əsasən onlar müxtəlif ekran panellərinin alınmasına və onların matrisaları ilə digər komponentlərinin şüşədən ayrılmasına aylarla vaxt sərf ediblər. Təqdim edilmiş videodan da görmək olar ki, bu məsələdə həvəskar şəxslər çoxlu sayda cəhdlər ediblər. Lakin nəticədə onlar istədiklərinə nail ola biliblər. Lazımi ekranın əldə edilməsindən sonra onlar uyğun gövdənin hazırlanmasına başlayıblar.
        İlk öncə onlar Galaxy Z Flip smartfonunun gövdəsindən istifadə etmək istəyiblər. Lakin daha sonra anlayıblar ki, bu smartfonun gövdəsi uyğun gəlmir. Galaxy Z Flip əvəzinə onlar öz diqqətlərini Motorola RAZR 2020 smartfonuna yönəldiblər. Məhz bu smartfonun şarnir konstruksiyası nəticədə qatlana bilən iPhone-nun gövdəsində istifadə edilib. Həvəskar şəxslər Apple şirkətinin smartfonunda olan orijinal detalların qatlana bilən iPhone daxilində müxtəlif yerləşdirilmə üsullarını nəzərdən keçirdiblər. Lakin qatlana bilən smartfonun gövdəsində olan şarnir konstruksiyası səbəbilə detalların bəziləri üçün əlavə yer qalmayıb. Nəticədə orijinal iPhone-da olan batareyalardan birindən imtina edilib.
        Yekun olaraq qatlana bilən iPhone modeli 1000 mAh enerji tutumlu batareya əldə edib. Sonda Çindən olan həvəskar şəxslər tamamilə işlək olan qatlana bilən iPhone modelini hazırlaya biliblər. Xarici görünüşcə smartfon böyük diqqət çəkməsə də, əsas olan onun çalışmasıdır. Bununla yanaşı onlar qatlana bilən iPhone üçün xüsusi olaraq iOS əməliyyat sistemini təkmilləşdiriblər. Təəssüflər olsun ki, təkrar qatlanma zamanı smartfon ekranında zolaqlar əmələ gəlib və gövdənin komponentlərindən biri yararsız hala düşüb. Sözügedən iPhone-nun müəllifləri qeyd ediblər ki, bu sadəcə 0.1 versiyasıdır. Buna görə də onlar gələcəkdə ola biləcək versiyaların konstruksiyalarını daha da təkmilləşdirə bilərlər. 
    Paylaş
    Bənzər xəbərlər