Çinin ən böyük mobil operatoru iPhone 15 satışlarından imtina edə bilər

Çinin ən böyük mobil operatoru iPhone 15 satışlarından imtina edə bilər

Mobil Cihazlar
08.09.2023 PAYLAŞIM

    Çin hökuməti mərkəzi dövlət idarələrinin məmurlarına iPhone-lardan istifadəni artıq qadağan edib. Biraz əvvəl isə məlum oldu ki, Çin bu qadağanı daha çox dövlət idarəsi və şirkətinə tətbiq edəcək. İndi isə məlum olub ki, Çinin ən böyük mobil operatoru olan China Mobile ümumiyyətlə iPhone 15 smartfonlarının satışlarından imtina edəcək. Bu barədə məlumatı Bloomberg saytının məşhur insayderi Mark Gurman təqdim edib. Çin Apple üçün ən böyük xarici bazardır və bu bazar şirkətin bütün gəlirlərinin 1/5 hissəsini təmin edir. Qeyd etmək lazımdır ki, artıq ilk dəfə deyil ki, iPhone Vaşinqton ilə Pekin arasındakı gərginliyin qurbanına çevrilir.

    Məsələn 2019-cu ildə iki ölkə arasında start götürmüş ticarət müharibəsi çərçivəsində Çində iPhone XR iPhone XS modellərinin satışları aşağı düşmüşdü. Lakin 2021-ci və 2022-ci illərdə Apple yaranmış bu mənfi hallardan yaxa qurtara bilmişdi. Görünür, bu il hər şey daha ciddi olacaq. Rəsmi ABŞ hələ də Huawei ByteDance (TikTok-un sahibi) şirkətlərinə ciddi şübhə ilə yanaşır. Çinin sosial şəbəkələrində isə Apple məhsullarına qarşı əhval-ruhiyyələr artmaqda davam edirlər. Digər tərəfdən Çinin bu cür radikal addımlar atması ona sərf etmir. Belə ki, Apple ölkədə milyonlarla vətəndaşı iş yeri ilə təmin edir. Nəticədə Apple məhsullarının irmiqyaslı şəkildə ölkədə qadağan edilməsi Çinin iqtisadiyyatına da ciddi zərbə vura bilər.




DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×