Reklam
Çinlilər iPhone 13 qutularındakı kağız möhürü yeniləməyin yolunu tapıblar (VİDEO)

Çinlilər iPhone 13 qutularındakı kağız möhürü yeniləməyin yolunu tapıblar (VİDEO)

Mobil Cihazlar
28.09.2021 PAYLAŞIM

    Ekologiyanın qayğısına qalmağa çalışan Apple şirkəti yeni iPhone 13 smartfonlarının qutularında plastik materialdan hazırlanmış örtüklərdən istifadəni ləğv edib. Bu təşəbbüs faydalı və doğru görünsə də, çinlilər bundan istifadə edərək artıq işlədilmiş smartfonu yeni cihaz adı ilə satmağın üsulunu tapıblar. İndiyənə kimi Apple smartfonlarının qutuları xüsusi şəffaf örtüyə sahib idilər. Lakin bu il şirkət bu cür üsuldan imtina etməyi qərara aldı və bunu plastik materialların ekologiyaya verdikləri ziyan ilə əlaqələndirdi.


    Bundan sonra iPhone qutularında xüsusi şəffaf örtük əvəzinə kağız materialdan hazırlanmış möhür istifadə olunur. Məlum olub ki, həmin möhürləri çox rahatlıqla əvəz etmək mümkündür. Çinlilər artıq bunun üsulunu tapıblar. Beləliklə iPhone 13, 13 mini, 13 Pro və ya 13 Pro Max modellərindən hansınınsa alışı zamanı qutunun daha öncədən açılmadığına dair heç bir zəmanət yoxdur. Nəticədə qutunun içində artıq işlədilmiş cihaz və ya ümumiyyətlə başqa bir şey ola bilər. Buna görə də alıcılar bundan sonra daha diqqətli olmalı və smartfonun alışından sonra dərhal onu yoxlamalıdırlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..


Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib..

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sə..


iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha ..

Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edə..


6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib.


Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO..

MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmt..


Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fot..

×