Logo
    main-post-cover

    Çıxıntısız ekrana sahib iPhone nə zaman təqdim olunacaq?

    Cihazlar+
    07.12.2023
    Emil
         Koreyanın The Elec saytı Apple şirkətinin çıxıntısız ekrana sahib iPhone-nu nə zaman təqdim edəcəyi barəsində məlumat verib. Saytın təqdim etmiş olduğu məlumat Ross Young adlı məşhur insayder tərəfindən bu mövzu ətrafında daha öncə paylaşılmış məlumatı təsdiqləyib. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Ross Young bildirmişdi ki, 2025-ci ildə təqdim ediləcək iPhone 17 Pro smartfonunda Face ID texnologiyası ekranın alt hissəsinə yerləşdiriləcək. Ön kamera isə ekran üzərindəki kiçik dairəvi çıxıntı daxilində olacaq. İnsayder əlavə etmişdi ki, heç bir çıxıntıya sahib olmayan ekranı özündə birləşdirəcək iPhone modeli isə 2027-ci ildə təqdim ediləcək. The Elec saytının təqdim etmiş olduğu yeni hesabat isə bu məlumatı təsdiqləyir. Saytın hesabatında qeyd edilib ki, çıxıntısız ekrana sahib iPhone-nun 2026-cı ildən sonra təqdim ediləcəyi gözlənilir.
    Paylaş