Claude Cowork artıq birbaşa Chrome-da işləyir
Anthropic şirkəti Claude Cowork funksiyasını Chrome brauzerinə daha sıx inteqrasiya edib. İstifadəçilər artıq Cowork-dan Claude for Chrome genişləndirməsinin yan panelində birbaşa istifadə edə biləcəklər. Yeni inteqrasiyanın əsas üstünlüklərindən biri Chrome-un yan panelində Claude ilə aparılan söhbətlərin istifadəçinin ümumi söhbət tarixçəsinə əlavə edilməsidir. Bundan başqa, Claude-da istifadə edilən skills və qoşulmuş xidmətlər, yəni connector-lar brauzerdə də avtomatik işləyəcək.
Bu, istifadəçiyə bir cihazda və ya tətbiqdə başladığı işi digərində davam etdirməyə imkan verir. Məsələn, tapşırığı Claude tətbiqində başladıb daha sonra Chrome brauzerində davam etdirmək və ya əksinə etmək mümkün olacaq. Chrome inteqrasiyası xüsusilə Claude-dan gündəlik işlər üçün istifadə edənlərə hesablanıb. Claude müxtəlif peşəkar xidmətlərlə inteqrasiya olunsa da, bütün sayt və alətlər üçün ayrıca inteqrasiya mövcud deyil. Brauzer üzərindən işləyən Cowork isə Claude-a rəsmi inteqrasiyası olmayan veb-alətlərdə də müəyyən tapşırıqları yerinə yetirmək imkanı verir.
Anthropic daha əvvəl proqramçılar üçün nəzərdə tutulan Claude Code alətini də Chrome genişləndirməsinə əlavə etmişdi. Claude Cowork isə oxşar agent imkanlarını kodlaşdırma biliyi olmayan adi istifadəçilər üçün daha sadə formada təqdim edir. Şirkət bu yaxınlarda Cowork-u smartfondan idarə etmək imkanını da istifadəyə verib.
Paylaş
