Logo
    main-post-cover

    CMF Buds 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    16.04.2025
    Emil
         Nothing şirkəti CMF brendi altında yeni Buds 2 naqilsiz qulaqlığını təqdim edib və onun əsas xüsusiyyətlərini açıqlayıb. Buds 2-nin dizaynı əvvəlki modellə müqayisədə ciddi dəyişikliklərə məruz qalmayıb, lakin şarj keysindəkli səs tənzimləyicisi indi şəffafdır. CMF Buds 2, Dirac Opteo ilə tənzimlənmiş 11 mm-lik dinamiklərlə və Nothing Ultra Bass 2.0 texnologiyası ilə təchiz olunub. Beləliklə aşağı tezlikli səslərin daha güclü səslənməsi gözlənilir.
         Qulaqlıqlar məkanlı audio effekt yaradır və Bluetooth 5.4, həmçinin Google Fast Pair Microsoft Swift Pair texnologiyalarını dəstəkləyir. Buds 2, 48 dB-ə (desibel) qədər səsboğucu (ANC) funksiyasına malikdir və bu məqsədlə hibrid sistemdən istifadə olunur. Hər bir qulaqlıqda 3 mikrofon yerləşdirilib və Clear Voice 3.0 adlı orijinal texnologiya sayəsində zəng zamanı səsin aydın və keyfiyyətli çatdırılması təmin edilir.
         CMF qulaqlıqlar üçün 13.5 saata qədər, şarj keysi ilə birlikdə isə ümumilikdə 55 saata qədər avtonom çalışma imkanını vəd edir. Cəmi 10 dəqiqəlik şarjla 7.5 saata qədər musiqi dinləmək mümkündür. Nothing qeyd edir ki, qulaqlıqlar genişmiqyaslı sınaqlardan keçib və uzunmüddətli istifadə üçün dayanıqlılığına zəmanət verilir. Buds 2-nin gövdəsi IP55 standartına uyğun olaraq suya və toza qarşı qorunur, şarj keysi isə IPX2 standartına cavab verir. Artıq istənilən şəxs CMF Buds 2 qulaqlığını 59$ əldə edə bilər.
    Mənbə: Nothing
    Paylaş