Logo
    main-post-cover

    CMF Phone 1-in əsas fərqləndirici özəlliyi sərgilənib

    Cihazlar+
    27.06.2024
    Emil
         Artıq məlumdur ki, Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonu olacaq CMF Phone 1-i 8 iyul tarixində təqdim edəcək. Təqdimata az müddət qalmış subbrend sözügedən smartfonun əsas özəlliyi barəsində məlumatı bölüşüb. CMF-nın X-dəki (keçmiş Twitter) hesabında paylaşmış olduğu videoya əsasən CMF Phone 1 smartfonu fərdi şəkildə çıxarıla bilən arxa panelə sahib olacaq. Bunun üçün smartfonun komplektində həmçinin burğac da olacaq.
    View post on X
        Heç istisna deyil ki, smartfonun arxa panelini fərdiləşdirmək (customization) də mümkün olacaq. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən CMF Phone 1 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ölçülü OLED ekranı əldə edəcək və MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfonun 50 MP + 50 MP ikili arxa kameranı və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir.
    Paylaş