main-post-cover

    CMF Phone 1-in standart versiyasının satış qiyməti açıqlanıb

    Cihazlar+
    11.06.2024
    Emil Nəcəfov
         Artıq məlumdur ki, Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonunun təqdimatına hazırlaşır. Söhbət, CMF Phone 1-dən gedir. Nothing şirkəti özü rəsmi şəkildə bunu təsdiqləyib. CMF Phone 1-in yaxın zamanda təqdim olunacağı gözlənilir. Bu, artıq gələn ay baş tuta bilər. İndi isə insayderlər sözügedən smartfonun hansı RAM və daxili yaddaş həcmi variantında satışa çıxacağını və onun hansı satış qiymətinə sahib olacağını açıqlayıblar. Beləliklə insayderlər bildiriblər ki, CMF Phone 1 bir neçə RAM və daxili yaddaş həcmi variantında satışa çıxacaq.
         Lakin smartfonun standart versiyası özündə 6 GB RAM ilə 128 GB daxili yaddaş həcmini birləşdirəcək. Məlumatda qeyd edilib ki, CMF Phone 1-in bu versiyası Hindistanda 239$ qiymətində satışa çıxacaq. Təbii ki, smartfonun digər ölkələrdəki satış qiyməti daha fərqli olacaq. Qeyd etmək lazımdır ki, CMF subbrendinin ilk smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym OLED ekranı əldə etməli, MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışmalı və özündə 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing şirkəti özünün CMF subbrendinin ilk smartfonunun təqdimata hazırlaşdığını təsdiqləyib
    nothing-sirketi-ozunun-cmf-subbrendinin-ilk-smartfonunun-teqdimata-hazirlasdigini-tesdiqleyib
    RƏSMİ: Nothing Phone (3) bu il təqdim edilməyəcək
    resmi-nothing-phone-3-bu-il-teqdim-edilmeyecek
    CMF Phone (1) smartfonunun xarici görünüşü sərgilənib
    cmf-phone-1-smartfonunun-xarici-gorunusu-sergilenib
    Nothing şirkəti öz yeni cihazının ilk tizer fotosunu bölüşüb
    nothing-sirketi-oz-yeni-cihazinin-ilk-tizer-fotosunu-bolusub
    Nothing-in CMF subbrendinin ilk smartfonunun əsas texniki imkanları açıqlanıb
    nothing-in-cmf-subbrendinin-ilk-smartfonunun-esas-texniki-imkanlari-aciqlanib