main-post-cover

    CMF Phone (1) smartfonunun xarici görünüşü sərgilənib

    Cihazlar+
    04.06.2024
    Emil Nəcəfov
         Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmağa başladı ki, Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonu üzərində çalışır və onu təqdim etməyə hazırlaşır. Sözügedən smartfonun CMF Phone (1) adlanacağı güman edilir. İndi isə insayderlər CMF subbrendinin ilk smartfonunun xarici görünüşünü sərgiləyiblər və onun texniki imkanlarını açıqlayıblar. İnsayderlər tərəfindən təqdim edilmiş render fotoda CMF Phone (1) smartfonunun arxa paneli və ön panelinin bir hissəsi əks olunub. Fotodan da görmək olar ki, smartfonun yuxarı sol hissəsində düzbucaq formalı kamera sahəsi yerləşəcək.
         Kamera sahəsinin daxilində isə iki ədəd obyektiv ilə LED işıqlandırma mövcud olacaq. Məlumata əsasən CMF Phone (1) plastik materialdan hazırlanmış gövdəni əldə edəcək. İnsayderlər bildiriblər ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym OLED ekranla təchiz olunacaq və MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfon özündə 6 GB RAM ilə 128/256 GB (microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirəcək. Kameralar məsələsində CMF Phone (1) 50 MP + 50 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı əldə edəcək. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing şirkəti öz yeni cihazının ilk tizer fotosunu bölüşüb
    nothing-sirketi-oz-yeni-cihazinin-ilk-tizer-fotosunu-bolusub
    Nothing-in CMF subbrendinin ilk smartfonunun əsas texniki imkanları açıqlanıb
    nothing-in-cmf-subbrendinin-ilk-smartfonunun-esas-texniki-imkanlari-aciqlanib
    Nothing-in CMF subbrendi öz yeni smart saatı üzərində çalışır
    nothing-in-cmf-subbrendi-oz-yeni-smart-saati-uzerinde-calisir
    Nothing-in CMF subbrendinin ilk smartfonunun satış qiyməti açıqlanıb
    nothing-in-cmf-subbrendinin-ilk-smartfonunun-satis-qiymeti-aciqlanib
    Nothing-in CMF adlı subbrendinin ilk smartfonu barəsində yeni məlumatlar verilib
    nothing-in-cmf-adli-subbrendinin-ilk-smartfonu-baresinde-yeni-melumatlar-verilib