
CMF Phone 2 Pro-nun kamera göstəriciləri rəsmi şəkildə açıqlanıb
Cihazlar+
21.04.2025
Emil
Nothing şirkətinin CMF adlı subbrendi 28 aprel tarixində CMF Phone 2 Pro smartfonunu təqdim edəcək. Keçən həftə sözügedən smartfonun arxa paneli dizaynı sərgilənmişdi. İndi isə onun kamera göstəriciləri rəsmi şəkildə açıqlanıb. Beləliklə artıq məlumdur ki, CMF Phone 2 Pro özündə üçlü arxa kameranı birləşdirir. Smartfonun arxa panel dizaynı barəsində təqdim edilmiş yeni fotoya əsasən smartfon 50 MP-lik əsas arxa kameranı, 2 qat optik zoom-a sahib 50 MP-lik telekameranı və 119.5 dərəcə bucaq əhatəsinə sahib 8 MP-lik ultra geniş bucaqlı kameranı əldə edib. Qeyd etmək lazımdır ki, CMF Phone 1 ilə müqayisədə bu, irəli böyük addım deməkdir. Belə ki, CMF Phone 1 özündə 50 MP + 2 MP ikili arxa kameranı birləşdirir. Qeyd etmək lazımdır ki, şirkət artıq rəsmi şəkildə təsdiqləyib ki, CMF Phone 2 Pro smartfonu MediaTek Dimensity 7300 Pro prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
