Logo
    main-post-cover

    CMF Watch 3 Pro ağıllı saatı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    22.07.2025
    Emil
         Nothing şirkətinin CMF adlı subbrendi öz yeni ağıllı saatını təqdim edib. Söhbət, CMF Watch 3 Pro-dan gedir. Subbrendin bu yeni ağıllı saatı metal materialdan hazırlanmış dairəvi gövdəni və yastı çərçivəni əldə edib. Onun gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma imkanına sahibdir. Ağıllı saat 60 Hz-lik təsvir yenilənməsinə sahib 466x466 piksel keyfiyyətli 1.43 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 675 nit təşkil edir və özündə 120-dən çox siferblat variantını birləşdirir.
         CMF Watch 3 Pro özündə səsgücləndiricini və mikrofonu birləşdirir. Bu isə qoşulu olan smartfona daxil olan zəngləri qəbul etməyə imkan verir. CMF-nın bu yeni ağıllı saatı ürək döyüntüləri tezliyini və qandakı oksigen miqdarını ölçə bilir və 131 ədəd idman rejimini dəstəkləyir. Cihaz özündə 350 mAh enerji tutumlu batareyanı birləşdirir. Nəticədə ağıllı saat adi rejim çərçivəsində 13 gün ərzində, enerjiyə qənaət rejimi çərçivəsində isə 60 gün ərzində çalışa bilir. CMF Watch 3 Pro artıq satışa çıxıb və onun qiyməti 80$ təşkil edir.
     
    Paylaş