main-post-cover

    CMF Watch Pro 2 smart saatı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.07.2024
    Emil Nəcəfov
         CMF subbrendi öz ilk smartfonu CMF Phone 1 ilə yanaşı yeni smart saatını da təqdim edib. Söhbət, CMF Watch Pro 2-dən gedir. CMF Phone 1 kimi CMF Watch Pro 2 də modul konstruksiya tipli gövdəni əldə edib. Smart saatın ekranını əhatə edən hərəkətli bezel dəyişdirilə biləndir. İstifadəçi öz istəyinə uyğun olaraq ekran ətrafına yastı və ya yuvarlaq formalı bezeli quraşdıra bilər. CMF Watch Pro 2 smart saatı 466x466 piksel keyfiyyətli 1.32 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekran Always-on-Display funksiyasını dəstəkləyir və onun maksimal parlaqlıq səviyyəsi 620 nit təşkil edir. Smart saatın gövdəsi IP68 standartı üzrə sudan qorunma imkanına sahibdir.
         Sözügedən yeni smart saat 120-dən çox idman rejimini dəstəkləyir. O, ürək döyüntüləri tezliklərini, qandakı oksigen miqdarını, stress səviyyəsini ölçə, yuxu keyfiyyətini və qadınlarda menstrual dövrləri monitorinq edə bilir. Smart saat vasitəsilə monitorinq olunan göstəricilər barəsində məlumatlar CMF Watch, Apple Health, Google Health Connect Strava tətbiqləri ilə sinxronlaşdırıla bilər. Üstəlik CMF Watch Pro 2 GPS, ətraf səs-küyün boğulması ilə zənglərin qəbulu funksiyasının və distant şəkildə smartfon kamerasının idarəsi imkanının dəstəyinə sahibdir. Smart saat bir dəfə şarj olunandan sonra 11 gün ərzində çalışa bilir. CMF Watch Pro 2-ni artıq CMF-nın saytı üzərindən almaq olar. Onun qiyməti 69 avro təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    CMF Phone 1 smartfonu təqdim edilib - QİYMƏTİ
    cmf-phone-1-smartfonu-teqdim-edilib-qiymeti
    Təqdimata sayılı günlər qalmış CMF Phone 1 smartfonu Geekbench testlərindən keçib
    teqdimata-sayili-gunler-qalmis-cmf-phone-1-smartfonu-geekbench-testlerinden-kecib
    Təqdimata sayılı günlər qalmış CMF Phone 1-in arxa panel dizaynı səırgilənib və ön panelinin fotosu sızıb
    teqdimata-sayili-gunler-qalmis-cmf-phone-1-in-arxa-panel-dizayni-seirgilenib-ve-on-panelinin-fotosu-sizib
    Təqdimata hazırlaşan CMF Phone 1-in arxa kamera dizaynı sərgilənib
    teqdimata-hazirlasan-cmf-phone-1-in-arxa-kamera-dizayni-sergilenib
    Təqdimata hazırlaşan CMF Phone 1-in hansı növ ekranı və hansı prosessoru əldə edəcəyi açıqlanıb
    teqdimata-hazirlasan-cmf-phone-1-in-hansi-nov-ekrani-ve-hansi-prosessoru-elde-edeceyi-aciqlanib