
CMF Watch Pro 2 smart saatının dizaynı qismən sərgilənib
Cihazlar+
28.06.2024
Emil
Nothing şirkətinin CMF subbrendi 8 iyul tarixində baş tutacaq təqdimat tədbirinə hazırlaşır. Qeyd etmək lazımdır ki, subbrendin 8 iyul tarixindəki tədbirində onun ilk smartfonu olacaq CMF Phone 1 ilə yanaşı yeni smart saatı da təqdim ediləcək. Söhbət, CMF Watch Pro 2-dən gedir. İndi isə subbrend sözügedən smart saatın dizaynını qismən sərgiləyib. Subbrend tərəfindən təqdim edilmiş fotoya əsasən keçən il təqdim edilmiş CMF Watch Pro-dan fərqli olaraq CMF Watch Pro 2 dairəvi formalı gövdəni əldə edib. Gövdənin sağ hissəsində isə idarəetmə düyməsi yerləşir. CMF Watch Pro 2-nin texniki özəllikləri barəsində məlumat yoxdur. Qeyd etmək lazımdır ki, 8 iyul tarixində subbrend CMF Phone 1 və CMF Watch Pro 2 ilə yanaşı üstəlik CMF Buds Pro 2 adlı yeni naqilsiz qulaqlığını da təqdim edəcək.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
CMF Phone 1-in əsas fərqləndirici özəlliyi sərgilənib
Artıq məlumdur ki, Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonu olacaq CMF Phone 1-i 8 iyul tarixində təqdim edəcək.

Cihazlar+
Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonunun təqdimatını rəsmi şəkildə anons edib
Nothing şirkətinin CMF adlı subbrendi öz yeni cihazlarının təqdimatlarını anons edib.

Cihazlar+
CMF Phone 1-in konstruksiyasının maraqlı özəlliyi sərgilənib
Nothing şirkətinin CMF adlı subbrendi özünün təqdimata hazırlaşan ilk smartfonu barəsində tizer materialları bölüşməyə davam edir. Söhbət, CMF Phone 1-dən gedir.

Cihazlar+
CMF Phone 1-in standart versiyasının satış qiyməti açıqlanıb
Artıq məlumdur ki, Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonunun təqdimatına hazırlaşır. Söhbət, CMF Phone 1-dən gedir.

Cihazlar+
Nothing şirkəti özünün CMF subbrendinin ilk smartfonunun təqdimata hazırlaşdığını təsdiqləyib
Nothing şirkətinin CEO-su Carl Pei artıq rəsmi şəkildə təsdiqləyib ki, Nothing Phone (3) smartfonu bu il ərzində təqdim edilməyəcək. Lakin bu o demək deyil ki, Nothing ilə bağlı hər hansısa yeni smartfon bu il təqdim olunmayacaq.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
