![main-post-cover](/_next/image?url=https%3A%2F%2Fstatic.technote.az%2Fmedia%2Fupload%2Fcoca-cola-nin-ilk-smartfonu-colaphone-nun-fotosu-teqdim-edilib76.jpg&w=3840&q=75)
Coca-Cola-nın ilk smartfonu ColaPhone-nun fotosu təqdim edilib
Cihazlar+
24.01.2023
Emil Nəcəfov
Verilmiş məlumata əsasən Coca-Cola şirkəti öz smartfonunu təqdim etməyə hazırlaşır. Ice Universe ləqəbli məşhur insayder isə şirkətin ilk smartfonunun fotosunu təqdim edib. Məlumata əsasən smartfon ColaPhone adını əldə edəcək. ColaPhone-nun texniki özəllikləri barəsində məlumat yoxdur. Lakin insayder tərəfindən təqdim edilmiş fotodan görmək olar ki, ColaPhone ikili arxa kamera və LED işıqlandırma sistemi ilə təchiz olunacaq.
![](https://s3.eu-central-1.amazonaws.com/technote-files/media/upload/images/pk4iz2iSvCQVsekjBjFz17HvIz2qjsa.jpg)
Bununla yanaşı smartfonun arxa paneli gözlənildiyi kimi Coca-Cola şirkətinin ənənəvi qırmızı rəng çalarında reallaşdırılacaq və böyük ölçülü Coca-Cola yazısını əldə edəcək. Smartfonun kənar hissəsində səsin tənzimlənməsi düymələrini görmək olar. İnsayderin vermiş olduğu məlumata əsasən çox güman ki, Coca-Cola öz ilk smartfon modelini məşhur smartfon istehsalçılarından biri ilə əməkdaşlıq çərçivəsində hazırlayır. Lakin söhbətin hansı smartfon istehsalçısından getdiyi məlum deyil. İstifadəçilərin fikirlərinə əsasən Coca-Cola ya Realme ya da digər Çin brendi ilə əməkdaşlıq edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
![iPhone Plus-ı əvəz edəcək iPhone 17 Slim-in özəllikləri açıqlanıb](/_next/image?url=https%3A%2F%2Fstatic.technote.az%2Fmedia%2Fposts%2Fthumbnail%2Fiphone-17-slim-main-1280x720.jpeg&w=3840&q=75)
![Qalaktikamızın mərkəzində nadir tapılan yeni qara dəlik kəşf edilib!](/_next/image?url=https%3A%2F%2Fstatic.technote.az%2Fmedia%2Fposts%2Fthumbnail%2FBlack-Hole-Forming-in-Stellar-Cl.jpeg&w=3840&q=75)