main-post-cover

    Corning şirkəti qatlana bilən smartfonların ekranları üçün qoruyucu şüşə üzərində çalışır

    Cihazlar+
    27.12.2020
    Emil Nəcəfov
        Hal hazırda qatlana bilən smartfonların əsas problemlərindən biri də standart qoruyucu şüşələrin istifadəsinin mümkünsüzlüyü səbəbilə onların ekranlarının həssas olmalarıdır. Corning şirkətinin sözlərinə əsasən o artq bu probemin həllinə yaxınlaşıb. Bu barədə 4pda saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Corning şirkəti smartfonlar və digər cihazlar üçün özünün Gorilla Glass adlı qoruyucu şüşələri ilə məşhurdur. Şirkət bildirib ki, o, qatlana bilən smartfonlar üçün qoruyucu şüşənin hazırlanması məsələsində final mərhələyə keçid edib.
        Qatlana bilən smartfonlar üçün qoruyucu şüşənin irimiqyaslı istehsalı ilə kommersiya məqsədli istifadəsinə gələn il start veriləcəyi gözlənilir. Uğurlu olacağı halda Corning şirkəti Almaniyanın Schott şirkəti ilə rəqabət aparacaq. Qeyd etmək lazımdır ki, Almaniyanın bu şirkəti ultranazik və elastiki qoruyucu şüşələrin istehsalı məsələsində Samsung-a yardımçı olur. Bu cür qoruyucu şüşələr artıq Galaxy Z FlipGalaxy Z Fold 2 kimi qatlana bilən smartfonlarda istifadə olunurlar. Corning şirkəti isə qatlana bilən smartfonlar üçün özünün istehsal edəcəyi qoruyucu şüşələrin özəllikləri barəsində hələki məlumat verməyib.
    Linki kopyala