Corning şirkəti yüksək dözümlülüyə sahib Gorilla Glass Victus qoruyucu şüşəsini təqdim edib (VİDEO)

Corning şirkəti yüksək dözümlülüyə sahib Gorilla Glass Victus qoruyucu şüşəsini təqdim edib (VİDEO)

Mobil Cihazlar
24.07.2020 PAYLAŞIM

    Corning şirkəti smartfonlar üçün nəzərdə tutulmuş Gorilla Glass Victus adlı yeni qoruyucu şüşəsini təqdm edib. Əvvəlki Gorilla Glass modellərində şirkət ya cızıqlara qarşı dözümlülüyü ya da cihazın yüksək məsafədən yerə düşmə dözümlülüyü təkmilləşdirirdi. Yeni Gorilla Glass Victus modelində isə şirkət hər iki özəlliyin dözümlülüyünün təkmilləşdirilməsini reallaşdırıb. Bu barədə Androidauthority saytı xəbər verib.

    Yeni nəsil qoruyucu şüşənin əldə etdiyi qeyri adi ad onunla bağlıdır ki, o, əvvəlki versiyalar ilə müqayisədə nəzərə çarpacaq dəyişikliklər əldə edib. Buna görə də şirkət onu sadəcə olarq Gorilla Glass 7 adlandırmaqdan imtina edib. Şirkətin  verdiyi məlumata əsasən Gorilla Glass Victus modeli 2 metr hündürlükdən bərk səthin üzərinə düşməyə tab gətirə bilir.


    Müqayisə üçün qeyd etmək lazımdır ki, Gorilla Glass 6 versiyası 1.6 metr hündürlükdən, Gorilla Glass 5 versiyası isə 1.2 metr hündürlükdən düşüşlərə tab gətirirdi. Bununla yanaşı Gorilla Glass 6-dan fərqli olaraq Gorilla Glass Victus-un örtüyü cızıqlara daha çox dözümlüdür. Corning şirkətinin təmsilçiləri qeyd ediblər ki, yeni nəsil qoruyucu şüşənin örtüyü vəziyyətdən asılı olaraq müxtəlif matriallardan cızıqlar əldə edə bilər.

    Lakin yeni versiyada bu cür hallar çox az baş verir. Bununla yanaşı şirkət onu da bldirib ki, qoruyucu şüşənin yekun dözümlülüyü həm də smartfon istehsalçılarından asılıdır. Belə ki, adı çəkilməmiş şirkətlərdən biri qoruyucu şüşənin qalınlığını azaldaraq onun dözümlülük səviyyəsini aşağı salıb. Gorilla Glass Victus-a sahib ilk smartfon modelləri artıq bu il satışa çıxacaqlar. Gözləntilərə əsasən sözügedən qoruyucu şüşəni əldə edəcək ilk smartfon Galaxy Note 20 olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei bu il Mate 50 smartfon seriyasını təqdim etməyə bilər

Çindən olan kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən Huawei şirkəti bu il Mate 4..


Yeni Honor 50 smartfonları təqdim olunub - QİYMƏTİ

Keçən il Huawei-dən ayrılaraq müstəqil şirkətə çevrilmiş Honor özünün yeni Honor 50 smartfon seriyas..


OnePlus Nord N200 smartfonu təqdim olunub - QİYMƏTİ

Öncədən heç bir elan etmədən OnePlus şirkəti OnePlus Nord N200 adlı yeni smartfonunu təqdim edib. ..


Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar verilib

Digital Chat Station ləqəbli məşhur çinli insayder Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində..


Yeni OnePlus Nord CE smartfonu təqdim olunub - QİYMƏTİ

OnePlus şirkəti xüsusi təqdimat tədbiri çərçivəsində OnePlus Nord CE smartfonunu təqdim edib...


Samsung yeni orta büdcəli Galaxy A22 və A22 5G smartfonlarını təqdim edib - QİYM..

Samsung şirkəti yeni orta büdcəli Galaxy A22 və A22 5G smartfonlarını təqdim edib.

×