Logo
    main-post-cover

    Corsair Stream Deck-i birbaşa klaviaturaya yerləşdirdi

    Cihazlar+
    06.01.2026
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Corsair CES 2026 sərgisində yeni Galleon 100 SD adlı oyun klaviaturasını təqdim edib. Bu klaviatura klassik mexaniki klaviatura anlayışını dəyişir, çünki onun içinə faktiki olaraq tam funksiyalı Elgato Stream Deck Plus inteqrasiya olunub.
    An image of the full Corsair Galleon 100 SD wired mechanical gaming keyboard. On its left side is a keyboard, and where the numpad would normally go there’s a full Stream Deck with 12 buttons, a 5-inch screen, and two rotary dials. The keyboard’s RGB backlights show a gradient from yellow to red.
        Galleon 100 SD modelində 12 fərdiləşdirilə bilən düymə, 5 düymlük 720×1280 IPS sensor ekraniki fırlanan idarəetmə düyməsi mövcuddur. Bu isə istifadəçilərə musiqi, yayım, işıqlandırma, səs səviyyəsi, makrolar və hətta oyun içi funksiyaları birbaşa klaviatura üzərindən idarə etməyə imkan verir. Texniki tərəfdən də klaviatura iddialıdır: 8000 Hz polling rate, hot-swap PCB, MLX Pulse switch-lər, gasket mount quruluşuFlashTap texnologiyası ilə eyni anda əks istiqamət əmrlərinin tanınması kimi xüsusiyyətlər təklif olunur.
        Maraqlı məqamlardan biri odur ki, cihaz hazırda iki ayrı proqramla idarə olunur. Klaviaturanın sol hissəsi Corsair-in brauzer əsaslı idarəetmə paneli ilə, Stream Deck hissəsi isə Elgato-nun öz proqramı ilə işləyir. Şirkət gələcək firmware yeniləmələri ilə bu ayrılığı azaltmağı planlaşdırır. Corsair bildirir ki, bu klaviatura xüsusilə simulyator və kompleks oyun janrları üçün nəzərdə tutulub və artıq Star Citizen kimi oyunlarla native Stream Deck inteqrasiyası mövcuddur.
        Galleon 100 SD 29 yanvar tarixində satışa çıxacaq və qiyməti 349.99 dollar olaraq açıqlanıb.
    Paylaş