Logo
    main-post-cover

    “Counter-Strike 2” həvəskarları üçün AOC AGON PRO CS24A gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    31.07.2025
         AOC şirkəti “Counter-Strike 2” həvəskarları üçün yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC AGON PRO CS24A adlanır. Bu yeni monitor yüksək təsvir yenilənməsi ilə seçilir. Beləliklə monitor 610 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 24 düym ölçülü TN ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.3 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99.8%-ni, DCI-P3 rəng diapazonunun isə 93.6%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4 USB 3.2 Gen 1 Type-A girişlərini əldə edib. AOC AGON PRO CS24A sentyabrda satışa çıxacaq və onun qiyməti 693 avro təşkil edəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    “Counter-Strike 2” həvəskarları üçün AOC AGON PRO CS24A gaming monitoru təqdim edilib - QİYMƏTİ | Technote