main-post-cover

    Çox yaxında təqdim olunacaq Xiaomi 15 Pro canlı olaraq görüntülənib!

    Cihazlar+
    15.10.2024
    Farid Pardashunas

         Çox yaxında təqdim olunacaq Xiaomi-nin flaqman telefonlarından biri olan 15 Pro real olaraq görüntülənib.

         Seriyanın yüksək səviyyəli modeli olacaq Xiaomi 15 Pro, real görüntülərdə ortaya çıxıb. Cihaz Xiaomi Qrupunun rəhbəri Wang Xiaoyan-ın əlində görülüb. Yeni flaqman telefonun bilərək göstərildiyi etimal edilir. Görüntülərdən cihaz haqqında çox da ətraflı məlumat əldə etmək mümkün olmasa da, xüsusilə telefonun arxa tərəfdən necə görünəcəyi ilə bağlı fikir əldə etmək olur. Cihaz ilk baxışda Xiaomi 14 Pro-ya bənzəyir. Ancaq çox mühüm bir fərq var: LED flaş kamera blokunun kənarına çəkilib. Yeni cihazda flaş kənarda, yəni sağ tərəfdə yerləşəcək. Əvvəllər isə flaş blokun içində idi.
         Bundan başqa, ümumilikdə dizaynın Xiaomi 14 Pro ilə oxşar olduğunu görmək mümkündür. Daha əvvəl yaradılan konsept görüntülər də flaşın kənarda olduğu Xiaomi 14 Pro-ya bənzəyən bir dizaynı əks etdirirdi. Xiaoyan-ın əlində tutduğu cihaz da bu dizaynı dəstəkləyir.
         Xiaomi 15 Pro dizayn baxımından ciddi dəyişikliklərə məruz qalmasa da, texniki cəhətdən böyük təkmilləşdirmələr alacaq. Cihazda 50 MP-lik 3x optik zoom dəstəyi olan yeni periskop telefoto kamera olacaq. Flaş, bu yeni sensor üçün kənara çəkilmiş ola bilər. Bundan əlavə, 50 MP-lik əsas kamera 50 MP-lik ultra-geniş kamera da mövcud olacaq. Öndə isə 32 MP-lik selfie kamerası yer alacaq. Telefon 6.73 düymlük 2K təsvir ölçülü, 120 Hz tezliyə və 1400 nit parlaqlığa malik ekranla təchiz olunacaq. Cihaz Snapdragon 8 Gen 4 istifadə edən ilk modellərdən olacaq, 16 GB-a qədər RAM 1 TB-a qədər yaddaşla gələcək. 120W naqilli 80W naqilsiz şarj dəstəyi olan 5400 mAh batareya da telefona daxil ediləcək.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Smart Band 9 Pro-nun render fotoları ortaya çıxıb
    xiaomi-smart-band-9-pro-nun-render-fotolari-ortaya-cixib
    Redmi A3 Pro-nun real fotoları və bəzi texniki imkanları ortaya çıxıb
    redmi-a3-pro-nun-real-fotolari-ve-bezi-texniki-imkanlari-ortaya-cixib
    Xiaomi Pad 7 planşet seriyasında istifadə ediləcək prosessorlar məlum olub
    xiaomi-pad-7-planset-seriyasinda-istifade-edilecek-prosessorlar-melum-olub
    Redmi K80 smartfonları qlobal bazarda da satışa çıxacaqlar
    redmi-k80-smartfonlari-qlobal-bazarda-da-satisa-cixacaqlar
    Redmi K80 Pro flaqman prosessorla yanaşı böyük həcmli batareyanı da əldə edəcək
    redmi-k80-pro-flaqman-prosessorla-yanasi-boyuk-hecmli-batareyani-da-elde-edecek