Logo
    main-post-cover

    Daha bir Starlink peyki müəmmalı şəkildə partladı

    Cihazlar+
    31.03.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, SpaceX şirkətinə məxsus daha bir Starlink peyki ilə əlaqə qəfil kəsilib və ehtimal olunur ki, peyk orbitdə parçalanıb. Şirkət hadisənin səbəbini rəsmi olaraq “anomaliya” kimi açıqlasa da, dəqiq səbəb hələlik məlum deyil. Kosmik obyektləri izləyən Leo Labs şirkəti bildirib ki, hadisədən dərhal sonra Starlink 34343 peykinin yerləşdiyi ərazidə onlarla kiçik obyekt aşkarlanıb. Bu isə peykin orbitdə parçalandığını göstərir. SpaceX açıqlamasında bildirib ki, baş verən hadisə Beynəlxalq Kosmik Stansiya, onun heyəti və NASA-nın yaxınlaşan Artemis II missiyası üçün heç bir təhlükə yaratmır. Şirkətin məlumatına görə, peykin qalıqları bir neçə həftə ərzində atmosferdə yanaraq məhv olacaq.
    Starlink satellites: Facts, tracking and impact on astronomy | Space
        Qeyd edək ki, SpaceX oxşar hadisə ilə ötən ilin dekabr ayında da qarşılaşmışdı. Həmin vaxt da şirkət bir peyklə əlaqəni qəfil itirmiş və peykin partladığı ehtimal olunmuşdu. Bu hadisə Çin peyki ilə toqquşma təhlükəsindən cəmi bir həftə sonra baş vermişdi. Son hadisə Yer səthindən təxminən 560 km yüksəklikdə, aşağı Yer orbitində baş verib. Bu orbit hazırda olduqca sıxdır və burada 24 mindən çox obyekt, o cümlədən kosmik tullantılar və təxminən 10 min Starlink peyki izlənilir. Bununla yanaşı, SpaceX yaxın zamanda orbitdə məlumat mərkəzləri yaratmaq məqsədilə 1 milyona qədər peyk üçün lisenziya almaq istəyir. Şirkət rəhbərliyinin sözlərinə görə, bu peyklər gələcəkdə kosmosda süni intellekt infrastrukturu yaratmaq üçün istifadə oluna bilər.
    Paylaş