Logo
    main-post-cover

    DeepL səsli tərcümə texnologiyasını təqdim etdi

    Cihazlar+
    16.04.2026
    Sevinj
         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, mətn tərcüməsi sahəsində tanınan DeepL artıq səsdən-səsə tərcümə imkanları təqdim edən yeni texnologiyasını istifadəyə verib. Şirkətin təqdim etdiyi bu sistem görüşlərdə, mobil və veb üzərindən söhbətlərdə, eləcə də işçi qrupları üçün xüsusi tətbiqlərdə istifadə oluna bilər. Bundan əlavə, DeepL yeni API vasitəsilə digər şirkətlərə və proqramçılara öz həllərini qurmaq imkanı da yaradır.
         DeepL-in baş direktoru Jarek Kutylowski bildirib ki, uzun illər mətn tərcüməsi üzərində işlədikdən sonra səsli tərcüməyə keçid təbii addım olub. Onun sözlərinə görə, real vaxtda işləyən keyfiyyətli səsli tərcümə məhsulları bazarda yetərli deyildi və bu boşluğu doldurmaq məqsədi daşıyırlar.
        Yeni texnologiyanın əsas çətinliklərindən biri gecikməni minimuma endirməklə yanaşı, tərcümənin dəqiqliyini qorumaqdır. DeepL bu balansı təmin etməyə çalışdığını qeyd edir.
         Şirkət həmçinin Zoom və Microsoft Teams kimi platformalar üçün əlavələr təqdim edib. Bu əlavələr vasitəsilə istifadəçilər ya real vaxtda tərcümə olunmuş səsi dinləyə, ya da ekranda tərcümə olunmuş mətni izləyə bilərlər. Hazırda bu funksiyalar erkən giriş mərhələsindədir və şirkətlər üçün gözləmə siyahısı mövcuddur.
    Paylaş
    Bənzər xəbərlər