Dell SE2425HG gaming monitoru təqdim edilib - QİYMƏTİ
Dell şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Dell SE2425HG adlanır. Beləliklə bu yeni monitor 200 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1 və DisplayPort 1.4 girişlərini əldə edib. Dell SE2425HG artıq Hindistanda satışa çıxıb və onun qiyməti 98$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş