Logo
    main-post-cover

    DeskMate iPhone üçün robot AI köməkçi rolunda

    Cihazlar+
    06.01.2026
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, CES 2026 sərgisində süni intellekt köməkçiləri və robotlar diqqət mərkəzindədir. Bu yeniliklər arasında Yoona şirkətinin təqdim etdiyi DeskMate adlı masaüstü qurğu fərqli yanaşması ilə seçilir. DeskMate əslində iPhone üçün hazırlanmış ağıllı şarj stansiyasıdır və telefonu taxan kimi onu “robot köməkçi”yə çevirir.
    This desktop charger turns your iPhone into a robotic AI assistant | The  Verge
        Qurğuda 3 ədəd USB-C, 1 USB-A portu və MagSafe simsiz şarj paneli mövcuddur. Ən maraqlı cəhət isə odur ki, iPhone şarj olunarkən avtomatik olaraq xüsusi AI köməkçi tətbiqi aktivləşir. DeskMate-in öz ekranı, kamerası və mikrofonu yoxdur. Bütün bu funksiyaları istifadəçinin iPhone-u təmin edir. Bu da əlavə texniki avadanlığa ehtiyacı aradan qaldırır.
        DeskMate-in fırlanan və əyilən konstruksiyası var. Bu sayədə qurğu danışıq zamanı istifadəçiyə “baxır”. Cizgi filmlərini xatırladan, Pixar üslublu göz dizaynına baxmayaraq, funksional tərəfi də kifayət qədər güclüdür. Qurğu Slack inteqrasiyası, görüşlər üçün xatırlatmalar və köməkçi funksiyalar təklif edir. DeskMate-in əsas üstünlüklərindən biri də masa üzərində əlavə yer tutmamasıdır. Çünki o, artıq istifadə etdiyiniz şarj cihazını əvəz edə bilər. Lakin ən böyük sual qiymətlə bağlıdır. Şirkət hələ dəqiq məbləği açıqlamasa da, məhsulun 300 dollardan ucuz olacağını bildirib. DeskMate-in mart ayında kraudfandinq platformaları üzərindən satışa çıxarılması planlaşdırılır.
    Paylaş