main-post-cover

    Dəstəkləri dayandırılmış Xiaomi Mi 10 smartfonları HyperOS-i əldə edəcəklər

    Cihazlar+
    25.10.2023
    Emil Nəcəfov
         Xiaomi artıq sabah HyperOS adlı yeni istifadəçi interfeysini təqdim edəcək. Bu münasibətlə Xiaomi CEO-su Lei Jun Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında maraqlı bir məlumatı paylaşıb. Belə ki, o bu yeni istifadəçi interfeysi 2020-ci ildə satışa çıxmış Xiaomi Mi 10 smartfonları üçün də istifadəyə verməyə söz verib. Xiaomi Mi 10 smartfonlarının HyperOS dəstəyini əldə edəcəkləri məlumatı gözlənilməz olub.
         Məsələ burasındadır ki, sözügedən smartfonlar bir neçə müddət bundan öncə şirkətin EOS (End of Support) siyahısına daxil edilmişdilər. Bu siyahıya daxil olan smartfonlar daha Android və təhlükəsizlik yenilənmələrini əldə etmirlər. Görünür, HyperOS vasitəsilə şirkət Mi 10 smartfonlarının dəstəklərini sonuncu dəfə genişləndirmək qərarına gəlib. Qeyd etmək lazımdır ki, Mi 10 smartfon seriyasına Mi 10, Mi 10 Pro, Mi 10 UltraMi 10S modelləri daxildirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 14 ekran ətraf çərçivələrinin qalınlıqları mövzusunda iPhone 15 Pro-nu geridə qoyacaq
    xiaomi-14-ekran-etraf-cercivelerinin-qalinliqlari-movzusunda-iphone-15-pro-nu-geride-qoyacaq
    HyperOS-in tərkibində Android kodu düşünüldüyündən daha azdır
    hyperos-in-terkibinde-android-kodu-dusunulduyunden-daha-azdir
    Xiaomi sabah daha bir smart saatını təqdim edəcək
    xiaomi-sabah-daha-bir-smart-saatini-teqdim-edecek
    Təqdimatdan bir gün qabaq Xiaomi 14-ün bəzi özəllikləri rəsmi şəkildə təqdim edilib
    teqdimatdan-bir-gun-qabaq-xiaomi-14-un-bezi-oze
    Redmi Note 13-ün qlobal versiyası köhnə prosessor ilə təchiz oluna bilər
    redmi-note-13-un-qlobal-versiyasi-kohne-prosessor-ile-techiz-oluna-biler