Logo
    main-post-cover

    Diesel naqilli qulaqlıqlarla retro trendlərə qoşuldu

    Cihazlar+
    12.02.2026
    Ilhama
        Naqilli qulaqlıqların dövrü bitib deyə düşünənlər yanılır. Technote.az “The Verge” platformasına istinadən bildirir ki, son dövrlər bu seqmentdə yenidən canlanma müşahidə olunur və bir sıra brendlər bazara yeni naqilli modellər çıxarmağa başlayıb. İndi isə bu siyahıya İtaliyanın məşhur moda markası olan Diesel da qoşulub. Şirkət “fearless daily use” ifadəsi ilə təqdim etdiyi 60458 Wired Earbuds modelini satışa çıxarıb. Məhsul hələlik ABŞ saytında yer almasa da, Böyük Britaniya üzrə rəsmi saytda £89.95 (təxminən 123 dollar) qiymət etiketi ilə təqdim olunur.
    Women's Wired Earbuds and charms | Silver | Diesel
        Texniki baxımdan Diesel çox detallı məlumat paylaşmayıb. Lakin yayımlanan görüntülərdən məlum olur ki, model USB-C vasitəsilə mobil cihazlara qoşulur. Kabel üzərində səs tənzimləmə və media idarəetməsi üçün inline pult yerləşir. Bundan əlavə, mikrofon və mikrofonu sürüşdürərək söndürmək üçün ayrıca mexaniki düymə də mövcuddur.
        Dizayn baxımından isə Diesel öz üslubundan geri qalmayıb. Qulaqlıqlar gümüşü örtüklə təqdim olunur, kabel üzərində isə zəncirvari elementlər və dekorativ asqılar yer alır. Bu detallar qiymətli metallardan deyil, alüminium və sink kimi daha sadə materiallardan hazırlanıb. Brend bununla həm retro estetikanı, həm də son dövrlərdə populyarlaşan aksessuar trendlərini birləşdirməyə çalışır.
    Paylaş
    Bənzər xəbərlər