Logo
    main-post-cover

    Dizaynerlər üçün Dell S2725DC monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    11.09.2025
    Emil
         Dell şirkəti dizaynerlər və kommersiya seqmenti üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru Dell S2725DC adlanır. Beləliklə sözügedən yeni monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor HDMI 2.1, DisplayPort 1.4, USB-C, USB-A girişlərini və 3 vatt gücündə 2 ədəd səsgücləndiricini əldə edib. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. Dell S2725DC artıq Çində satışa çıxıb və onun qiyməti 238$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş