Logo
    main-post-cover

    DJI-nin yeni Osmo Pocket 4 modeli FCC sertifikatı qazandı

    Cihazlar+
    02.12.2025
    Sevinc
        Technote.az "The Verge" platformasına istinadən bildirir ki, DJI üçün vəziyyət getdikcə mürəkkəbləşir. Şirkət artıq gömrük nəzarəti, yüksək rüsumlar və ABŞ tərəfindən tətbiq olunmaq üzrə olan idxal qadağası ilə üz-üzədir. Bu məhdudiyyətlər səbəbindən Mavic 4 Pro, Mini 5 Pro və Neo 2 kimi modellərin rəsmi ABŞ təqdimatları ləğv olunub. Bununla belə, bəzi satıcıların, o cümlədən Amazon və Newegg-in bu məhsulları məhdud şəkildə əldə etməyə davam etdiyi də məlumdur.
    FCC filing, via New Camera and TechRadar.
        Belə bir şəraitdə şirkətin yeni cib kamerası DJI Osmo Pocket 4 də diqqət mərkəzinə düşüb. Cihaz artıq FCC sertifikatından keçib, yəni texniki olaraq ABŞ bazarında satışa çıxmağa hazır olduğu mənasına gəlir. Lakin belə bir sual yaranır: Osmo Pocket 4 ABŞ qadağasından əvvəl satışa çata biləcəkmi?
        Hazırkı vəziyyət DJI-nin məhsullarının gələcəyini qeyri-müəyyənləşdirir. Şirkətin qarşıdakı həftələrdə bu modeli rəsmi şəkildə təqdim edib-etməyəcəyi bilinmir. Lakin digər yeni DJI modellərinin qeyri-rəsmi yollarla ABŞ-yə daxil olması Osmo Pocket 4 üçün də eyni ehtimalın mümkün olduğunu göstərir. Yəni cihaz rəsmi deport olmasa belə, müəyyən mağazalar və üçüncü tərəf satıcılar vasitəsilə məhdud sayda satışa çıxa bilər.
    Paylaş