Logo
    main-post-cover

    DJI Osmo Pocket 4 Pro ilk dəfə görüntüləndi

    Cihazlar+
    15.04.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Aprelin 16-da təqdim olunacağı gözlənilən yeni nəsil DJI Osmo Pocket 4 barədə sızıntılar artmağa davam edir. Etibarlı insayderlərdən biri hesab olunan İqor Boqdanov sosial şəbəkədə paylaşdığı yeni görüntülərlə DJI-nin bu dəfə cihazın “Pro” versiyasını da hazırladığını ortaya çıxarıb. Paylaşılan fotoda iki fərqli əl kamerası görünür və onlardan biri diqqətçəkən şəkildə ikili kamera moduluna sahibdir.
    DJI Osmo Pocket 4 Pro vlogging camera launch details revealed with dual  cameras rumoured - Notebookcheck News
        Məlumata əsasən DJI Osmo Pocket 4 Pro modeli standart versiyadan fərqli olaraq iki obyektivlə təchiz ediləcək. İddialara görə bu modellə birlikdə həm ultra geniş bucaqlı kamera, həm də optik zoom imkanına sahib telefoto obyektiv təqdim olunacaq. Bu da DJI üçün Osmo Pocket seriyasında ilk dəfə çoxobyektivli sistemə keçid deməkdir.
        Texniki detallarla bağlı tam məlumat açıqlanmasa da, sızdırılan digər məlumatlara görə standart DJI Osmo Pocket 4 modelində də bir sıra yeniliklər olacaq. Bunlara 107 GB daxili yaddaş, saniyədə 240 kadr 4K slow-motion video çəkilişi, daha təkmilləşdirilmiş obyekt izləmə texnologiyası və yeni aksesuar paketləri daxildir. Şirkətin təqdim edəcəyi combo paketlərə mini tripod, daşıma çantası və əlavə işıq aksesuarının daxil ediləcəyi gözlənilir.
        Qiymətlə bağlı yayılan ilkin məlumatlara əsasən DJI bu dəfə yeni modelini əvvəlki nəsildən daha münasib qiymətlə satışa çıxara bilər. Belə ki, DJI Osmo Pocket 4 Standard Combo paketinin Avropada 499 avrodan başlayan qiymətlə təqdim ediləcəyi iddia olunur.
    Paylaş