Logo
    main-post-cover

    DJI qadağası fonunda Antigravity ABŞ-yə daxil olub

    Cihazlar+
    04.12.2025
    Sevinc
        Technote.az “The Verge" platformasına istinadən bildirir ki, DJI dronlarının ABŞ-də idxal qadağası ilə üzləşdiyi bu dövrdə, Çinin Antigravity şirkəti fürsətdən maksimum yararlanmağa çalışır. Artıq brendin 360 dərəcə kameraya sahib yeni A1 modeli ABŞ-də rəsmi şəkildə satışa çıxarılıb. Best Buy mağazaları bu həftə cihazı həm vitrinlərə yerləşdirib, həm də onlayn sifariş üçün aktiv edib.
    Antigravity|Official Website|Immersive 8K 360 Drone
        Antigravity avqust ayında hələ ABŞ bazarına daxil olacağına tam zəmanət vermirdi. Lakin indi vəziyyət dəyişib və A1 modeli DJI-nin ayrıldığı sahədə ciddi rəqib olmağa hazır görünür. Antigravity A1 ənənəvi dron uçuşu anlayışından fərqli təcrübə təqdim edir. Cihaz:
    • 360 dərəcə 8K kamera ilə eyni anda bütün istiqamətləri çəkir,
    • xüsusi hərəkət sensorlu eynəklər ilə idarə olunur,
    • istifadəçiyə sadəcə başını çevirərək istənilən istiqamətə baxma və uçuş xəttini qol hərəkəti ilə müəyyən etmə imkanı verir.
        Çəkiliş sonrası videonu istənilən bucaqdan çevirmək, fırlatmaq və yaxınlaşdırmaq mümkündür, çünki dron bütün görüntünü eyni anda yazır.
    Paylaş