
Dubayski iPhone-u necə tanıyaq?
Cihazlar+
08.07.2022
Emil
Bir çox saytda, sosial şəbəkədə, insanların dilində tez-tez rastlaşdığımız ifadələrdən biri də Dubayski iPhone anlayışıdır. Ucuz iPhone tapıb alırsan, bir nəfər də kənardan çıxıb deyir ki, “Ə qaqa yox o dubayskidi sən aldığın, ona görə ucuzdur” Bəs nədir bu Dubayski iPhone anlayışı. iPhone-mun dubayski, amerikanski, maskovski yoxsa vasmoyski olduğunu haradan öyrənə bilərəm? Azercell-in təqdimatında Tech-Help-də bu dəfə regionu tapmağın qızıl qaydasından danışırıq.
İlk olaraq ondan başlayaq ki, Dubayski smartfon anlayışı əslində bir mifdir və Dubay daha doğrusu yaxın şərq regionu üçün nəzərdə tutulan iPhone-lar da Amerika üçün nəzərdə tutulan iPhone-lar ilə eyni özəlliklərə sahibdir. Əslində bununla bağlı çox faydalı bir videomuz var. Yuxarıdakı kartda olan videonu izləməklə Dubayski smartfon anlayışının əslində mif olduğunu öyrənə bilərsiniz. Bəs yaxşı Dubay terminini bir kənara qoyub, real olaraq istifadə etdiyimiz iPhone-nun hansı region üçün olduğunu necə öyrənə bilərik? Bunun əslində çox sadə bir variantı var.
İlk olaraq iPhone-nun sazlamalar bölməsindən “general”a keçid edib, açılan ekrandan “about” hissəsinə daxil olmaq lazımdır. Yadınızdadırsa, bir öncəki buraxılışda Refurbished iPhone-u təyin eləmək üçün model nömrəsinə nəzər salmışdıq. Elə iphone-nun hansı region üçün olması da sözün əsl mənasında bu model nömrəsinin altında gizlənir. Altını görmək üçün isə model nömrəsinə 1 dəfə toxunmaq lazımdır. Bu zaman ekranda model nömrəsi əvəzinə başqa bir kod görünəcək. Bu kod cihazın region kodudur.
Bizə lazım olan isə bu kodu kopyalayıb, ekranda gördüyünüz linkə daxil olaraq, həmin saytda axtarışa verməkdir. Saytın linkini açıqlama qismindən tapa bilərsiniz. Saytda model nömrəsini daxil etməklə, axtarış imkanı olmadığı üçün brauzerin axtarış funksiyasından istifadə etməklə, öz cihazınız model nömrəsini tapa bilərsiniz. Model nömrəsinin qarşısında yazılan isə sizin cihazının hansı region üçün nəzərdə tutulduğunu göstərir.
Cihazların regionlara görə bölünməsi onların orjinal olmadığı anlamına gəlmir. Hər bir cihaz eyni zavoddan istehsal olunur. Apple-ın burada belə addım atmasının səbəbi region tələblərinə görə xırda dəyişikliklər etməsidir. Məsələn, bir zamanlar ərəb ölkələri üçün nəzərdə tutulan cihazlarda Face time aktiv olmurdu, səbəbi də BƏƏ-də olan operatorların bloklaması idi. Və yaxud Çin regionu üçün olan iPhone-lar fiziki formada 2 sim kartı dəstəkləyirlər. Bütün bunlar isə cihazın digər texniki imkanlarına, daxilində olan elementlərin orjinallığına heç bir halda şüphə yaratmır. Yəni cihaz Dubayda yox, elə Çində istehsal olunur. İstər Çin, istər Amerika, istər bizim region üçün olan cihazların hər birinin fabriki eynidir.
Bəs əgər Dubayski iPhone anlayışı mifdirsə, o içində Android olan 300 manata satılan iPhone-lar haradan əlimizə gəlir? Cavab çox sadədir. Onlar da orijinal iPhone-lar kimi Çindən. Xeyr, bunları da Apple istehsal edir deməyəcəm amma belə saxta cihazların əsas mənbəyi çin fabrikləridir. Bu cihazlar ucuz və gözəl olduqları kimi, bir o qədər də təhlükəlidirlər. Həmin cihazların yüksək SAR dəyərləri olur ki, heç bir testlərdən keçmədən birbaşa əlimizə qədər gəlib çatır. Belə saxta cihazların isə Dubayla heç bir bağlılığı yoxdur. Ona görə də belə cihazları doğru şəkildə - saxta yaxud kopya adlandırmaq lazımdır.
Ümid edirəm ki, bu video da sizin üçün faydalı oldu. Ətrafınızda olan insanlardan daha çox texnoloji biliyə sahib olmaq istəyirsinizsə, bizim kanal tam doğru ünvandır. Kanala abunə olub, bizi izləyə bilərsiniz. Bu videonu isə işi gücü iPhone-u saxta çıxarmaq istəyən dostunuza göndərin. Əminəm maraqlı bir cavabı olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
