
Dünən Nothing Phone (2)-nin təqdim edilmiş render fotoların fake olduqları məlum olub
Cihazlar+
06.06.2023
Emil
Dünən Nothing Phone (2)-nin keyfiyyətli render fotoları təqdim edilmişdi. Smartfonun render fotoları OnLeaks ləqəbli məşhur və nüfuzlu insayder tərəfindən təqdim edilmişdi. Buna görə də render fotoların həqiqəti əks etdirdiklərinə dair heç bir şübhə yaranmadı. İndi isə məlum olub ki, Nothing şirkətinin CEO-su Carl Pei Nothing Phone (2)-nin dünən təqdim edilmiş render fotoları barəsində fikrini söyləyib.

Pei öz fikrini sadəcə bir sözlə ifadə edib. “Fake”. Bu sözlə o, dünən ortaya çıxmış render fotoların həqiqəti əks etdirmədiklərini bildirib. Bununla belə Carl Pei hazırlanan Nothing Phone (2)-nin xarici görünüşü barəsində heç bir məlumatı təqdim etməyib. Qeyd etmək lazımdır ki, smartfon 120 Hz–lik təsvir yenilənməsinə sahib 6.7 düym AMOLED ekran, Snapdragon 8+ Gen 1 prosessoru və 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
