Logo
    main-post-cover

    Dünya əhalisinin yarısından çoxu artıq smartfonlardan istifadə edir

    Cihazlar+
    16.10.2023
         GSM Association (GSMA) təşkilatı 2023-cü il üzrə Mobile Internet Connectivity Report adlı hesabatını təqdim edib. Hesabata əsasən bütün dünya üzrə artıq 4.4 milyard insan smartfonlara sahibdirlər. Bu isə planetin bütün əhalisinin 55%-i deməkdir. Mobil internet istifadəçilərinin sayı 4.6 milyard insan təşkil edir. Onlardan 4 milyardı internetə çıxışı smartfonlar vasitəsilə reallaşdırır. GSMA hesabatında mobil internetin əlçatanlığı mövzusunda regionlar üzrə bərabərsizlik qeyd edilib.
         Məsələn Şimali Amerika ilə Şərqi Asiyadakı smartfon istifadəçilərinin 69%-i 4G dəstəkli smartfonlara sahib olduqları bir vaxtda Afrika və Yaxın Şərqdəki istifadəçilərin əksəriyyəti 3G-dən istifadə etməyə davam edirlər. Mobil internet aktiv şəkildə yayılmağa davam etsə də, 3.4 milyarda yaxın insanın ona hələ də çıxışı yoxdur. Dünya əhalisinin 38%-i mobil internetin mövcud olduğu regionlarda yaşayır. Lakin həmin regionlarda mobil internetdən istifadə edilmir. Sahara səhrasından cənuba doğru yerləşən Afrika ölkələri əhalisinin 59%-nin və Cənubi Asiya əhalisinin 52%-nin internetə çıxışı yoxdur. Məlumatda qeyd edilib ki, dünya əhalisinin 8%-i (600 milyon insan) mobil internetdən adi telefonlar vasitəsilə istifadə edirlər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Dünya əhalisinin yarısından çoxu artıq smartfonlardan istifadə edir | Technote