main-post-cover

    Dünyanın ilk mobil telefonunun ixtiraçısı smartfonların gələcəkləri barəsində danışıb

    Cihazlar+
    06.03.2023
    Farid Pardashunas
        İlk mobil telefonun ixtiraçısı hesab edilən Martin Cooper Barselonada keçirilmiş MWC 2023 sərgisi çərçivəsində bildirib ki, kommunikasiya vasitələrinin insan dərisinin alt hissəsinə inteqrasiyası sadəcə zaman məsələsidir. Onun sözlərinə əsasən insan bədəninə inteqrasiya ediləcək rabitə cihazı şarj prosesinə ehtiyac duymayacaq. Belə ki, insan bədəni özü ideal şarj cihazıdır. “Növbəti nəsil qulaq nahiyəsinə yaxın olan hissədə dərinin altına yerləşdirilmiş telefon əldə edəcək” - deyə Martin Cooper qeyd edib. Martin-in fikrincə müasir smartfonlar çox qəliz olublar.
        Onlar çoxlu sayda tətbiqə və istifadəçi üzünün strukturu ilə bədəninin kinezioloji (kineziologiya - əzələlərin bütün istiqamətlərdə mexaniki hərəkətlərini öyrənən elm) imkanlarına uyğun gəlməyən ekranlara sahibdirlər. Əl, barmaq və əsasən də boyun oynaqları təbii olmayan yüklənmələr səbəbilə inkişafdan geri qalırlar. Gözlər isə akkomodasiya çatışmazlığı səbəbilə pis hala düşürlər. Martin Cooper-in fikrincə bu vəziyyətdən çıxış yolu rabitə vasitələrinin birbaşa insan bədəninə inteqrasiyasındadır. İnsanların bədənləri güclü çiplər və sensorlarla təchiz olunduqları zaman onlar növbəti inkişaf mərhələsinə qədəm qoyacaqlar. O həmçinin bildirib ki, 50 il bundan öncə heç kim ağlına belə gətirə bilməzdi ki, günlərin birindi mobil telefon həmçinin portativ kameraya, cibdə yerləşə bilən ensiklopediyaya və ümumilikdə kompüterin analoquna çevrilə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər