Logo
    main-post-cover

    Əfsanəvi Nokia Lumia 1020-nin davamçısı hazırlanır

    Cihazlar+
    03.09.2024
         Ortaya çıxmış yeni məlumata əsasən HMD Global şirkəti əfsanəvi Nokia Lumia 1020-nin davamçısı üzərində çalışır. Qeyd etmək lazımdır ki, Nokia Lumia 1020 smartfonu 41 MP-lik kamerası ilə məşhur idi. Çox güman ki, onun davamçısı da bu cür kamera ilə seçiləcək. Ortaya çıxmış eskiz fotoda görmək olar ki, Nokia Lumia 1020-nin davamçısının arxa panelində dairəvi formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 4 ədəd kamera obyektivi və LED işıqlandırma mövcud olacaq. Bu, HMD Global-ın öz brendi altında satışa çıxaracağı ilk 4 kameralı smartfonu olacaq. Məlumata əsasən HMD-nin bu smartfonu yüksək keyfiyyəlti çəkilişlərə istiqamətlənmiş smartfon olacaq. Lakin bununla belə smartfonun kamera göstəriciləri hələ məlum deyil.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Əfsanəvi Nokia Lumia 1020-nin davamçısı hazırlanır | Technote