
Ekrana sahib növbəti nəsil Apple HomePod nə zaman satışa çıxacaq?
Cihazlar+
26.02.2024
Emil
Keçən il bir neçə dəfə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti ekrana sahib yeni nəsil HomePod smart səsgücləndiricisi üzərində çalışır. İndi isə bu cür HomePod-un nə zaman satışa çıxacağı barəsində məlumat verilib. Məlumatı Bloomberg saytının məşhur insayderi Mark Gurman təqdim edib. Onun sözlərinə əsasən ekrana sahib HomePod-u 2025-ci ildən tez gözləmək lazım deyil. İnsayder bildirib ki, Apple sözügedən HomePod üzərində aktiv şəkildə hələ indi çalışmağa başlayıb və onu bu il ərzində təqdim etməyə hazır deyil. Daha öncəki məlumat sızıntısına əsasən növbəti nəsil HomePod özündə 7 düym ölçülü ekranı birləşdirəcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Odyssey OLED G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
