main-post-cover

    Ekranın alt hissəsinə yerləşdirilmiş ön kameralı Moto Edge X30 flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    09.12.2021
    Farid Pardashunas
        Motorola şirkəti Moto Edge X30 flaqman smartfonunu təqdim edib. Lakin smartfon iki versiyada təqdim olunub. Onlardan birinin ön kamerası ekran üzərindəki dairəvi çıxıntı daxilinə, digərinin ön kamerası isə ekranın alt hissəsinə inteqrasiya edilib. Digər özəllliklər baxımından hər iki versiya eynidir. Moto Edge X30 dünyanın Snapdragon 8 Gen 1 prosessorlu ilk smartfonudur. Qualcomm-un flaqman prosessorundan əlavə olaraq Moto Edge X30 modeli həmçinin optik stabilizasiya sistemli yüksək keyfiyyətli kamera, sürətli şarj texnologiyalı yüksək həcmli batareya və ən son Android versiyasını əldə edib. Beləliklə Moto Edge X30 modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli AMOLED ekran ilə təchiz olunub. Smartfonun ekranı orqanik işıq diodları əsasında hazırlanıb və HDR10+ texnologiyasını dəstəkləyir. Bununla yanaşı ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.
        Məlumatda qeyd edilib ki, smartfonun ekranı 1 milyarddan çox rəng çalarını əks etdirməyə qadirdir. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı yerləşdirilib. Əvvəldə də qeyd edildiyi kimi digər versiyada isə ön kamera ekranın alt hissəsinə yerləşdirilib. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Əsas texniki özəlliklərə gəldikdə isə Moto Edge X30 modeli 4 nanometrlik Snapdraogn 8 Gen 1 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.9 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.2 diafraqma, 117 dərəcə bucaq təsviri, avtofokus, makro rejim, 2.5 sm fokus məsafəsi) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 60 MP-lik (f/2.2 diafraqma, saniyədə 30 kadr sürətlə 1080p videoların çəkilişi) və 68 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Qeyd etmək lazımdır ki, ön kamerası ekranın alt hissəsinə yerləşdirilmiş Moto Edge X30 modeli yalnız 12 GB RAM və 256 GB daxili yaddaş ilə təchiz olunub. Qlobal bazarda bu versiya Moto Edge X30 Ultra adı ilə satılacaq. Onun ön kamerası isə adi Moto Edge X30-da olduğu kimidir. Moto Edge X30 həmçinin Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər və NFC texnologiyası əldə edib. Smartfon MyUI 3.0 interfeysli Android 12 vasitəsilə çalışır. Çin bazarında Moto Edge X30 15 dekabr tarixində satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimidir:
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib model - 502$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib model - 534$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib model - 565$
    - Ön kamerası ekranın alt hissəsinə yerləşdirilmiş model (12 GB RAM + 256 GB yaddaş) - 630$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər