
Elastiki ekrana sahib slider form-faktorlu ilk smartfon gələn il satışa çıxa bilər
İnsayderlərin vermiş olduqları məlumata əsasən Infinix, TECNO və Itel kimi brendlərin sahibi olan Transsion holdinqi vivo şirkəti ilə birlikdə hərəkətli elastiki ekrana sahib slayder form-faktorlu smartfonlar üzərində çalışır. Məlumatda qeyd edilib ki, bu cür smartfonlardan birincisi artıq gələn ilin sonunda satışa çıxacaq. Qeyd etmək lazımdır ki, keçən ilin sentyabr ayında TECNO şirkəti bu cür smartfonun prototipini sərgiləmişdi.
Sərgilənmiş prototipin ekran ölçüsü 1.3 saniyə ərzində 6.55 düym-dən 7.1 düym-ə kimi böyümək özəlliyinə sahib idi. Bununla yanaşı insayderlər bildiriblər ki, bu cür smartfonun slayder formatında hazırlanmasının əsas səbəbi Samsung şirkətinin qatlana bilən smartfonlar bazarını əldə keçirməsi ola bilər. Buna görə də elastiki ekrana sahib smartfonun daha fərqli form-faktorda satışa çıxarılması alıcıların diqqətlərini çəkə bilər.
Paylaş