Elektromobil istehsalçısı NIO-nun ilk smartfonu barəsində yeni məlumat ortaya çıxıb

Elektromobil istehsalçısı NIO-nun ilk smartfonu barəsində yeni məlumat ortaya çıxıb

Mobil Cihazlar
18.09.2023 PAYLAŞIM

    Çinin elektromobil istehsalçısı olan NIO şirkətinin ilk smartfonu barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Bu dəfə sözügedən smartfon Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. 3C agentliyinin məlumatlar bazası sayəsində məlum olub ki, NIO-nun ilk smartfonu 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Təəssüflər olsun ki, smartfonun hansı həcmdə batareyaya sahib olacağı barəsində məlumat yoxdur. Daha əvvəlki məlumat sızıntılarına əsasən NIO-nun ilk smartfonu premium smartfonlar seqmentinə daxil olacaq. Buna görə də smartfonun Quad HD+ keyfiyyətli ekran və Qualcomm-un flaqman Snapdragon prosessoru ilə təchiz olunacağı gözlənilir. NIO-nun öz ilk smartfonunu bu ay təqdim edəcəyi güman edilir.




DAHA ÇOX


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..


Məşhur insayder Xiaomi 14 Pro-nun kameraları barəsində məlumat verib

Yaxın zamanda təqdim ediləcək Xiaomi 14 smartfon seriyasına daxil olacaq Xiaomi 14 Pro modeli Snapdr..


Məşhur analitik iPhone 15 Pro modellərinin qızmalarının əsl səbəbini açıqlayıb..

Bugün ərzində biz xəbər verdik ki, iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonları güclü qızma probl..


Xiaomi 14 Pro-nun render fotoları təqdim edilib

TechGoing saytı hələ təqdim edilməmiş Xiaomi 14 Pro flaqman smartfonunun qoruyucu keys daxilində əks..

×