
Elektromobil istehsalçısı NIO-nun ilk smartfonunun render fotosu ortaya çıxıb
Cihazlar+
12.09.2023
Emil
Keçən həftə məlumat ortaya çıxmışdı ki, Çinin elektromobil istehsalçısı olan NIO şirkəti smartfon bazarına daxil olmağa hazırlaşır. İndi isə internetdə sözügedən şirkətin ilk smartfonunun render fotosu ortaya çıxıb. Ortaya çıxmış render fotoya əsasən demək olar ki, NIO-nun ilk smartfonu xarici görünüşcə Çinin smartfon istehsalçılarının cihazlarına bənzəyir.

Fotodan da görmək olar ki, smartfon yastı ekran ilə təchiz olunacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Arxa paneldə isə özündə 3 ədəd kamera obyektivini və LED işıqlandırmanı birləşdirən kamera sahəsi yerləşəcək. Bəzi məlumatlara əsasən NIO şirkətinin ilk smartfonu Quad HD+ keyfiyyətli ekran, Qualcomm-un flaqman prosessoru və 100 vatt gücündə sürətli şarj texnologiyalı batareya ilə təchiz olunacaq. Smartfon artıq bu ay təqdim oluna bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
