Logo
    main-post-cover

    Elektromobillərin batareyalarında istifadə edilən texnologiya Samsung Galaxy S24 Ultra-da tətbiq edilə bilər

    Cihazlar+
    25.04.2023
    Emil
        Cənubi Koreyanın The Elec adlı saytının verdiyi məlumata əsasən litium-ion batareyaların hazırlanması ilə məşğul olan Samsung SDI şirkəti elektromobillərdə batareya həcmlərinin yüksəldilməsi texnologiyasını həmçinin mobil cihazlarda istifadə etməyi nəzərdən keçirdir. Bu cür texnologiya artıq gələn ilki Galaxy S24 Ultra smartfonunda tətbiq edilə bilər. Məlumatda qeyd edilib ki, batareyada katod ilə anodun daha sıx yerləşdirilməsi öz növbəsində enerji sıxlığının artmasına səbəb olur.
        Bu texnologiya elektromobil batareyalarının hazırlanmasında istifadə edilir. Məlumata əsasən elektromobil batareyalarında istifadə edilən bu texnologiyanın mobil cihazlarda tətbiq edilməsi sayəsində Galaxy S24 Ultra smartfonunun batareya həcminin 10% yüksəlməsinə Nail olmaq olar. Bununla belə batareyanın ölçülərində heç bir dəyişiklik olmayacaq. Bu isə o deməkdir ki, Galaxy S24 Ultra modeli 5500 mAh enerji tutumlu batareya ilə təchiz oluna bilər.
    Paylaş
    Bənzər xəbərlər