main-post-cover

    Ən yüksək radiotezlikli şüalanmaya sahib smartfonların reytinqi tərtib olunub

    Cihazlar+
    12.04.2022
    Farid Pardashunas
        BanklessTimes nəşriyyatı ən yüksək radizotezlikli şüalanmaya sahib mobil cihazların reytinqini tərtib edib. Tərtib edilmiş reytinqə müxtəlif brendlərə sahib 10 smartfon daxil olub. Bununla belə reytinqdə olan cihazların 1/3 hissəsi Google şirkətinə məxsusdur. Beləliklə tərtib edilmiş reytinqdə birinci yeri Motorola Edge smartfon modeli tutub. Bu smartfonun SAR (elektromaqnit enerjisinin udma əmsalı) göstəricisi 1.79 vatt/kq təşkil edir. Bu göstərici isə ABŞ-ın FDA adlı nizamlayıcı orqanı tərəfindən təyin edilmiş 1.6 vatt/kq göstəricidən daha yüksəkdir. Reytinqin ikinci pilləsində ZTE Axon 11 5G (1.59 vatt/kq) smartfonu qərarlaşıb. Üçüncü yeri isə OnePlus 6T (1.55 vatt/kq) modeli tutub.
        Reytinqin ilk beşliyinin dördüncü yerini Sony Xperia XA2 modeli, beşinci yerini isə Google Pixel 3 XL modeli tutub. Bundan əlavə olaraq reytinqə Google Pixel 4a, OPPO Reno 5 5G, Sony Xperia XZ1 Compact, Pixel 3OnePlus 6 smartfonları da daxil olublar. Qeyd etmək lazımdır ki, lokal bazarlar üçün maksimal SAR göstəricisi müxtəif regionlarda fərqlidir. Bununla belə radiotezlikli şüalanmanın insan səhhətinə təsiri üzrə elmi sübutlar mövcud deyil. 2G-dən 4G-yə kimi əhatə dairəsinə sahib cihazlar 0.7-2.7 GHz diapazonda, 5G dəstəyinə sahib cihazlar isə 80 GHz-ə kimi olan diapazonlarda şüalanma ifraz edirlər. Bu cür tezliklər ionlaşdırıcı tezliklər siyahısına daxil deyil və onların aşağı enerji göstəriciləri insan DNT-nin dəyişməsinə səbəb olmurlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər