Logo
    main-post-cover

    Ənənəvi tətbiqlərə sahib olmayan süni zəka sistemli smartfon MWC 2024-də sərgilənib (VİDEO)

    Cihazlar+
    27.02.2024
    Emil
         Deutsche Telekom şirkəti daha öncə də söz verdiyi kimi MWC 2024 sərgisi çərçivəsində ənənəvi tətbiqlərə sahib olmayan smartfonunu sərgiləyib. Şirkətin sərgilənmiş bu yeni smartfonunda bilinən ənənəvi funksiyaları süni zəka sistemi yerinə yetirir. Onunla qarşılıqlı əlaqə isə nitq üzərindən reallaşdırılır. Android Authority saytının jurnalisti öz növbəsində sözügedən smartfonu test edib və onun necə çalışdığını sərgiləyib. Məlumata əsasən bu yeni smartfon Deutsche Telekom-un artıq mövcud olan T Phone adlı smartfonu əsasında hazırlanıb.
         Smartfondakı süni zəka texnologiyasının imkanlarını sərgiləmək üçün Android Authority saytının jurnalisti süni zəka vasitəsilə qızına hədiyyə almağa cəhd göstərib. Qızına hədiyyə almaq sorğusuna cavab olaraq süni zəka smartfonun ekranında müvafiq məhsulların siyahısını əks etdirib. Daha sonra isə jurnalist məhsullardan birini seçərək süni zəkadan seçilmiş məhsul barəsində icmalın təqdim olunmasını istəyib. Sistem isə öz növbəsində məhsul ilə bağlı icmal videonu ona təqdim edib. Tərtibatçıların fikirlərinə əsasən 5-10 ildən sonra ənənəvi tətbiqlər öz aktuallıqlarını itirəcəklər və istifadəçilər öz smartfonları ilə tamamilə fərqli şəkildə qarşılıqlı əlaqədə olacaqlar. Bu cür smartfonun nə zaman satışa çıxacağı barəsində isə məlumat verilməyib.
    Paylaş